Qapı bağlayıcısı (dovodçik) — montaj və tənzimləmə
Qapının öz-özünə, yumşaq və tam bağlanmasını təmin edən mexanizm — giriş qapıları, ofislər, mağazalar və soyuq saxlanan otaqlar üçün.
Hansı hallarda çağırırlar
- Qapı açıq qalır, külək vurur
- Dovodçik yağ axıdır
- Qapı çox sərt çırpılır
- Mexanizm tam bağlamır
- Yeni qapıya dovodçik lazımdır
- Giriş qapısı üçün
Düzgün model necə seçilir
Dovodçik qapının çəkisinə və enine görə seçilir. Ağır qapıya zəif model qoyulsa, qapı tam bağlanmır; yüngül qapıya güclü model qoyulsa, içəri girmək çətinləşir — xüsusən uşaqlar və yaşlılar üçün.
Çilingər qapını ölçür və uyğun gücdə mexanizm təklif edir.
Tənzimləmə nə verir
Düzgün qurulmuş dovodçikdə iki mərhələ var: qapı əvvəlcə sürətlə gəlir, son 10–15 santimetrdə isə yavaşıyır və yumşaq oturur.
Bu tənzimlənməyəndə qapı ya çırpılır, ya da yarımçıq qalır. Hər iki halda həm qapı, həm kilid tez yeyilir.
İşin növü və təxmini vaxt
Qiymət mexanizmin növündən, qapının vəziyyətindən və işin mürəkkəbliyindən asılıdır. Usta yerində baxır və məbləği deyir.
| İŞİN NÖVÜ | TƏXMİNİ VAXT | QİYMƏT |
|---|---|---|
| Dovodçikin quraşdırılması | 30–50 dəq | İşə baxışdan sonra |
| Tənzimləmə | 15–25 dəq | İşə baxışdan sonra |
| Köhnə mexanizmin dəyişdirilməsi | 40–60 dəq | İşə baxışdan sonra |
| Ağır giriş qapısı üçün montaj | 50–80 dəq | İşə baxışdan sonra |
Dəqiq məbləği öyrənmək üçün 010 330 74 75 nömrəsinə zəng edin və ya mexanizmin şəklini WhatsApp-a göndərin — usta baxıb cavab verir.
Tez-tez verilən suallar
Dovodçik yağ axıdırsa təmir olunurmu?
Qapı çox sərt bağlanır, düzəlirmi?
Plastik qapıya qoymaq olarmı?
Xidmətlər
Gecə də işləyirik
Həftənin 7 günü, günün 24 saatı. Bayram günlərində də çağırış qəbul olunur.
010 330 74 75