Gecə-gündüz çilingər — 24 saat açıqdır Bakı və Abşeron info@cilingerxidmeti.com
010 330 74 75

Qapı təmiri və tənzimlənməsi

Qapı bağlanmırsa, cırıldayırsa və ya açmaq üçün itələmək lazım gəlirsə, problem çox vaxt kilid deyil — qapının həndəsəsidir.

Zərərsiz üsul 24 saat çağırış Qəbz və zəmanət

Hansı hallarda çağırırlar

  • Qapı oturub, yuvaya düşmür
  • Menteşə sallanıb
  • Qapı cırıldayır
  • Polotno çərçivəyə sürtünür
  • Dil yuvaya tam girmir
  • Qapı öz-özünə açılır

Niyə qapı oturur

Hər qapı zamanla aşağı düşür — polotnonun çəkisi menteşəyə daimi təzyiq göstərir. Metal qapılarda bu proses daha sürətlidir.

Birinci əlamət: açarı çevirmək üçün qapını yüngülcə qaldırmaq və ya itələmək lazım gəlir. Bu mərhələdə iş sadədir — menteşə tənzimlənir, yuva yenidən oturdulur.

Gec qalınsa, kilidin dili hər dəfə yuvanın kənarına dəyir və mexanizm içəridən yeyilir. O zaman artıq həm tənzimləmə, həm kilid dəyişimi lazım olur.

Nə edirik

Menteşələrin tənzimlənməsi və ya dəyişdirilməsi, yuvanın yenidən frezlənməsi, contun bərpası, tutacaq və mexanizm dəstinin yoxlanması.

İş bitəndən sonra qapı bir neçə dəfə açılıb-bağlanır — dil sərbəst girməli, polotno heç bir yerə sürtünməməlidir.

İşin növü və təxmini vaxt

Qiymət mexanizmin növündən, qapının vəziyyətindən və işin mürəkkəbliyindən asılıdır. Usta yerində baxır və məbləği deyir.

İŞİN NÖVÜTƏXMİNİ VAXTQİYMƏT
Menteşənin tənzimlənməsi30–50 dəqİşə baxışdan sonra
Menteşənin dəyişdirilməsi45–90 dəqİşə baxışdan sonra
Yuvanın yenidən oturdulması30–60 dəqİşə baxışdan sonra
Cont və tutacaq işləri20–40 dəqİşə baxışdan sonra

Dəqiq məbləği öyrənmək üçün 010 330 74 75 nömrəsinə zəng edin və ya mexanizmin şəklini WhatsApp-a göndərin — usta baxıb cavab verir.

Tez-tez verilən suallar

Qapını itələyib açıram — kilid dəyişməliyəm?
Çox güman yox. Əvvəlcə menteşəni tənzimlətdirin; problemin səbəbi adətən budur.
Cırıltı nədən olur?
Menteşənin quruması və ya əyilməsi. Yağlama kömək etmirsə, menteşə dəyişdirilməlidir.
Köhnə taxta qapını bərpa edirsiniz?
Bəli, əgər polotno çürüməyibsə. Vəziyyəti yerində qiymətləndiririk.

Çilingər lazımdır? Zəng edin, usta yola düşsün.

Telefon gecə də, bayram günü də açıqdır.

Zəng et