Gecə-gündüz çilingər — 24 saat açıqdır Bakı və Abşeron info@cilingerxidmeti.com
010 330 74 75

Qapı açılması — çilingər üsulu ilə, zərərsiz

Açar içəridə qaldı, kilid dönmür və ya açar itdi. Çilingər gəlir, mexanizmin növünü müəyyən edir və qapını mümkün olan ən təhlükəsiz üsulla açır.

Zərərsiz üsul 24 saat çağırış Qəbz və zəmanət

Hansı hallarda çağırırlar

  • Açar içəridə qalıb
  • Kilid dönmür, mexanizm ilişib
  • Açar itib və ya oğurlanıb
  • Açar kiliddə sınıb
  • Uşaq və ya ev heyvanı içəridə qalıb
  • Ofis, anbar və mağaza qapıları

Çilingər qapını necə açır

İş baxışla başlayır. Silindr (ingilis tipli), suvalda, krest və çoxnöqtəli mexanizmlərin hər birinin öz açılma yolu var — alət də, vaxt da ona görə seçilir.

Silindr kilidlərdə əsas üsul intellektual açmadır: xüsusi alətlə daxili pinlər bir-bir tutulur və mexanizm açarla açılırmış kimi dönür. Bu üsulda kilid salamat qalır, açılışdan sonra onu dəyişdirmək lazım gəlmir.

Mexanizm sınıbsa və ya blokdan çıxıbsa, yalnız silindr çıxarılır və yerinə yenisi quraşdırılır. Qapı polotnosuna yenə toxunulmur.

Kəsmə nə vaxt tətbiq olunur

Kəsmə son çarədir və yalnız sizin razılığınızla olur. Zirehli qapıların bəzi modellərində, blokdan çıxmış riqel sistemlərində və ya kilid daxilində yad cisim olanda başqa yol qalmır.

Belə halda çilingər əvvəlcə bunu izah edir: nə kəsiləcək, bərpa mümkündürmü, yeni mexanizm nə qədər başa gələcək. Qərar sizindir.

Sənəd tələbi

Açılış yalnız mənzilin sahibinin və ya rəsmi icarəçinin iştirakı ilə aparılır. Şəxsiyyət vəsiqəsi və obyektə aidiyyəti göstərən sənəd (kupça, icarə müqaviləsi, qeydiyyat) təqdim edilməlidir. Sənəd olmadan çilingər işdən imtina edir.

İşin növü və təxmini vaxt

Qiymət mexanizmin növündən, qapının vəziyyətindən və işin mürəkkəbliyindən asılıdır. Usta yerində baxır və məbləği deyir.

İŞİN NÖVÜTƏXMİNİ VAXTQİYMƏT
Taxta və plastik qapı10–20 dəqİşə baxışdan sonra
Metal qapı, silindr kilid15–30 dəqİşə baxışdan sonra
Zirehli qapı, krest kilid30–60 dəqİşə baxışdan sonra
Çoxnöqtəli (multipoint) sistem30–50 dəqİşə baxışdan sonra

Dəqiq məbləği öyrənmək üçün 010 330 74 75 nömrəsinə zəng edin və ya mexanizmin şəklini WhatsApp-a göndərin — usta baxıb cavab verir.

Tez-tez verilən suallar

Qapını zərər vermədən açmaq olarmı?
Əksər hallarda bəli. Silindr kilidlərdə intellektual açma üsulu mexanizmi salamat saxlayır. Yalnız sınmış və ya blokdan çıxmış kilidlərdə silindri dəyişdirmək lazım gəlir.
Açar kiliddə sınıbsa?
Sınmış hissə xüsusi ekstraktorla çıxarılır. Mexanizm salamatdırsa, yeni açar hazırlamaq kifayətdir.
Gecə gəlirsiniz?
Bəli, telefon 24 saat açıqdır. Gecə və bayram günləri də çağırış qəbul olunur.

Çilingər lazımdır? Zəng edin, usta yola düşsün.

Telefon gecə də, bayram günü də açıqdır.

Zəng et